Düşmən cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Düşmən cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizi atəşə tutub

09:26 - 01 / 11 / 2018
Düşmən cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Babək Cahandarov

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər