Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən azad edilib | 1news.az | Xəbərlər
Ermənistan

Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən azad edilib

16:43 - 02 / 11 / 2018
Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən azad edilib

KTMT-nin  baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan tərəfinin təşəbbüsü ilə, müəyyən olunmuş prosedura əsasən Yuri Xaçaturovun vaxtından əvvəl baş katib vəzifəsində geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.

Bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan Xaçaturovun KTMT-nin baş katibinin vəzifəsindən geri çağırılacağı ehtimalını bildirib.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan, Yuri Xaçaturov və sabiq müdafiə naziri Mikayel Harutyunyan 2008-ci il martın 1-də baş verən hadisələrdə ttiham olunurlar.

P.Sultanova

Paylaş:
546

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər