“Barselona” sülh bağladı, “Liverpul”la “Qalatasaray” məğlub oldu
UEFA Çempionlar Liqasının 4-ci turunun növbəti oyunları keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, turun mərkəzi qarşılaşması İtaliyada oynanılıb. “Napoli” doğma meydanda PSG klubunu qəbul edib. Fransızlar birinci hissəsinin sonuncu dəqiqəsində Juan Bernatin sayəsində hesabda önə keçsə də, qarşılaşmanın 63-cü dəqiqəsində qapılarında qol görüblər. Lorenso İnsinya fərqlənib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
C qrupunun digər oyununda sensasiya qeydə alınıb. Turnirin son finalçısı “Liverpul” səfərdə “Crevena Zvezda”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər maraq doğuran oyunu "İnter" və "Barselona" klubları arasında baş tutub. Bu oyunda hesab 83-cü dəqiqədə açılıb. Meydançaya yenicə daxil olmuş Malkom fərdi ustalığı sayəsində iki müdafiəçini geridə qoyaraq qapıya dəqiq zərbə vurub. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri matçın 88-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Mauro İkardi adını tabloya yazdırıb.
A, B, C, D qruplarında aşağıdakı nəticələr qeydə alınıb:
A qrupu
"Atletiko Madrid" (İspaniya) -"Borussiya Dortmund" (Almaniya) -2:0
"Monako"-"Brügge" - 0:4
B qrupu
"Tottenhem" (İngiltərə) - PSV (Nideland) - 2:1
"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1
C qrupu
"Srvena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə) - 2:0
"Napoli" (İtaliya) - PSG (Fransa) - 1:1
D qrupu
"Porto" (Portuqaliya) - "Lokomotiv" (Rusiya) - 4:1
"Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0.
Qeyd edək ki, dördüncü tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.
1news.az