Avropa Liqasının finalına 200 gün qaldı! | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasının finalına 200 gün qaldı!

15:52 - 11 / 11 / 2018
Avropa Liqasının finalına 200 gün qaldı!

Düz 200 gün sonra 56 klubun iştirak etdiyi nüfuzlu turnirin – UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.

Avropanın BOS görüşündə futbolsevərlər qrup mərhələsində hələ ki yüksək nəticə göstərən “Çelsi”, “Arsenal” və “Milan”, eləcə də “Sevilya”, “Marsel”, “Latsio”, “Beşiktaş”, “Fənərbaxça”, CSKA, “Zenit” kimi əfsanəvi klublardan yalnız ikisinin qarşılaşmasını izləmək imkanı qazanacaqlar.

Tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərinə məsul olan AFFA ilk dəfə olaraq özünün könüllülər proqramını təqdim edəcək. Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 21-də isə final oyununa özəl hazırlanmış www.finalbaku2019.com saytında “Road to Baku” – “Bakıya aparan yol” adlı oyun layihəsi işə düşəcək. UEFA Avropa Liqasının tarixini yaxşı bilirsinizsə, o zaman qaliblər sırasında olacaqsınız. Çünki oyun çərçivəsində 1971-72-ci il mövsümündən başlayaraq bugünədək Liqa, eləcə də milli futbolumuzun tarixində baş vermiş mühüm hadisələrlə bağlı maraqlı suallar təqdim olunacaq.

Avropa Liqası təkcə futbol zövqü yaşatmır, həm də qazandırır. www.finalbaku2019.com saytında artıq iki aydır ki futbolsevərlərin ixtiyarına verilmiş xüsusi layihəyə əsasən, təxminlərinə güvənənlər Avropa Liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların hesablarını qeyd edirlər. Ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə Azərbaycan milli komandasının futbol geyimi, Avropa Liqasında iştirak etmiş klubların imzalı oyun köynəkləri, xüsusi suvenirlər və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir. Bugünədək yarışmada 2000-dən çox iştirakçı qeydiyyatdan keçib. Yarışmanın əsas mükafat fondu 2000 AZN-dir.

Final oyununu izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona 25-29 mayda fəaliyyət göstərəcək. Bundan əlavə, İntellektual Oyunlar üzrə Kubokun, Avropa Liqasının tarixi, əfsanəvi futbolçular və komandalarla bağlı əşyaların nümayiş etdiriləcəyi irimiqyaslı “Hall of Fame” adlı tədbirin təşkili, eləcə də şəhərimizin müxtəlif nöqtələrində tədbir və oyunların keçirilməsi nəinki futbol azarkeşlərini, hər kəsi Liqanın bir hissəsinə çevirəcək.

Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan futbol üzrə kiber çempionatın təşkili isə insanları finala qədər həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq.

Bundan əlavə, 25-27 may tarixlərində Bakıda dünya futbol ulduzlarının iştirakı ilə “Speaker Panel” tədbiri keçiriləcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Media nümayəndələri, eləcə də futbol həvəskarları Avropa Liqası, həmçinin keçiriləcək tədbirlər və yarışlar ilə bağlı rəsmi məlumatları www.finalbaku2019.com saytından əldə edə bilərlər.

Paylaş:
842

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər