Sarkisyan: Ermənistan KTMT-də ciddi uğursuzluq riski qarşısındadır | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan: Ermənistan KTMT-də ciddi uğursuzluq riski qarşısındadır

09:52 - 12 / 11 / 2018
Sarkisyan: Ermənistan KTMT-də ciddi uğursuzluq riski qarşısındadır

Ermənistan KTMT-də ciddi uğursuzluq riski qarşısındadır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, Respublika Partiyası sədrinin birinci müavini Viqen Sarkisyan bildirib.

O deyib: "Hökumət KTMT baş katibinin vəzifəsini 6 dekabrda Sankt-Peterburqda itirməmək üçün hər şeyi etməlidir. Əgər bu baş verərsə, bu, hökumətin uğursuzluğu olacaq".

Sabiq nazirin sözlərinə görə, bu risk Yuri Xaçaturovun əleyhinə qəbul ediləcək tədbirlərdə nəzərə alınmalıdır.

"Ermənistan həmişə KTMT-nin fəal üzvü olub. Ümid edirəm ki, baş nazir Nikol Paşinyanın Ermənistanın xarici siyasət vektorunu dəyişdirməyəcəyinə dair verdiyi bəyanatlar reallıqda əksini tapacaq. Əks təqdirdə, ciddi problemlərlə üzləşəcəyik", - Sarkisyan bildirib.

Xatırladaq ki, Y.Xaçaturov Ermənistan tərəfinin təşəbbüsü ilə KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılıb.

Noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində KTMT-nin  Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.

Şuranın iclasında Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iştirak edib. 

Liderlər həm qapalı, həm də geniş tərkibli formatda görüşlər keçiriblər.

 KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.

Prezident Nursultan Nazarbayev rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirib.

Qeyd edək ki, KTMT baş katibi vəzifəsinə Belarusun Təhlükəsizlik Şurasının katibi, Bakı hərbi məktəbinin məzunu olmuş 54 yaşlı Stanislav Zasın təyin olunması  gözlənilir.

P.Sultanova

Paylaş:
614

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər