Ana yeni doğulan qızını iki il maşının “baqaj”ında saxladı – FOTO
Fransanın cənub-şərqində yerləşən Tyul şəhərində dəhşətli hadisənin üstü açılıb.
1news.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Roza Mariya Kruz adlı 50 yaşlı qadın yeni anadan olan qız uşağını maşının “baqaj”ında və evin zirzəmisində saxlayaraq ərindən və digər üç uşağından gizlədib. Nəticədə sağlam yaşayışdan məhrum olan, davamlı zorakılıqla üzləşən və normal qidalana bilməyən uşaq inkişafdan qalaraq şikəst olub.
Serena adlı uşağı 2013-cü ildə Roza Mariya Kruzun avtomobilini təmir edən mexanik aşkar edib.
Hazırda 7 yaşı olan Serena onu himayəyə götürən valideynləri ilə birgə yaşayır. Onun 9-15 yaş arası olan bacı və qardaşları isə ataları ilə birgə yaşayırlar.
Hadisədən xəbərsiz olan ata məsuliyyətə cəlb olunmayıb. Məhkəmə qarşısına çıxarılan qəddar ananı isə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun hər hansı psixi pozğunluğunun olub-olmaması barədə isə xəbər verilmir.
1news.az