Çili Bakıda səfirlik açır | 1news.az | Xəbərlər
Siyasət

Çili Bakıda səfirlik açır

10:44 - 15 / 11 / 2018
Çili Bakıda səfirlik açır

Çili Respublikası  Azərbaycanda diplomatik nümayəndəliyini açmaq qərarını verib.

Bu barədə 1news.az Azərbaycan XİN-in mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili səfirliyinin Bakıda açılacağı qeyd olunub. 

P.Sultanova

 

 

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər