İstirahət günü üçün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günü üçün hava proqnozu açıqlanıb

15:49 - 16 / 11 / 2018
İstirahət günü üçün hava proqnozu açıqlanıb

Noyabrın 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər  ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Bəzi rayonlarda arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-8 dərəcə  isti  təşkil edəcək.

S.Xankişiyeva

 

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər