Səudiyyə Ərəbistanına gedən prezident yoxa çıxıb | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanına gedən prezident yoxa çıxıb

09:30 - 20 / 11 / 2018
Səudiyyə Ərəbistanına gedən prezident yoxa çıxıb

Qabon prezidenti Ali Bonqo yoxa çıxıb.

1news.az xarici mediaya istinadla xəbər verir ki, o, oktyabrın 24-də tədbirdə iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedib və geri qayıtmayıb. Bir aya yaxındır ki, prezident barəsində heç bir məlumat  yoxdur.

Qabon səlahiyyətliləri onun özünü olduqca halsız hiss etdiyini və bu  səbəbindən də paytaxt ər-Riyadada xəstəxanaya yerləşdirildiyini bildiriblər, lakin bu açıqlamanı yetərli hesab etməyən Afrika İttifaqı Qabona ekspert heyəti göndərəcəyinə qərar verib.

Heyət Səudiyyə Ərəbistanındakı siyasi vəziyyət və Bonqonun səhhəti ilə bağlı məlumat alacaq. Afrika İttifaqının sədir prezidentin sağlamlığı ilə bağlı narahat olduqlarını söyləyib.

Qabon rəhbərinin səlahiyyətləri bu yaxınlarda səhhətindəki qeyri-müəyyənlik səbəbiylə köməkçisinə ötürülüb.

1news.az

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər