Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib - FOTO

16:06 - 21 / 11 / 2018
Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib.

1news.az xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşıladılar.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər