Putin aptekdə girdi, yanında dayanan qadın onu tanımadı – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Putin aptekdə girdi, yanında dayanan qadın onu tanımadı – VİDEO

17:09 - 22 / 11 / 2018
Putin aptekdə girdi, yanında dayanan qadın onu tanımadı – VİDEO

Pskov vilayətinin sakini Lüdmila Demkina Peterburqda aptekə baş çəkən prezident Vladimir Putini tanımayıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qadın televizorda gördüyü kadrlardan sonra Putinlə eyni aptekdə olduğunu başa düşüb. Noyabrın 16-da baş vermiş ziyarət zamanı prezident əczaxanada dərmanların qiymətləri ilə maraqlanarkən baş verənlərə laqeyd şəkildə alış-veriş edən qadın izləyicilərin diqqətini çəkib.

Sonra məlum olub ki, Demkina prezidentlə yanaşı dayandığının fərqində olmayıb. Qadın baş verənləri belə izah edir: “Elə bildim ki, komissiya gəlib. Mən isə öz işimdə idim. Bilsəydim ki, o, Putindir, hər şey başqa cür olardı. Onunla danışardım”. 

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər