Aİ Bakının Tbilisi forumuna dəvət almamasına münasibət bildirib - RƏSMİ

10-12 dekabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu keçiriləcək. Bu illik tədbir bütün altı Şərq Tərəfdaş ölkəsindən və Aİ-dən olan vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirir. Forum 2009-cu ildən bu yana hər il təşkil edilir.
Bu barədə 1news.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis deyib. Onun sözlərinə görə, bütün Şərq Tərəfdaşlığı hökumətlərinin nümayəndələri assambleyada iştiraka dəvət edilib:
"Hələ heç bir qərar qəbul edilməyib və ya razılaşdırılmayıb. Bu, təşkilatçılar tərəfindən davam etdirilən bir işdir. Aİ institutları heç bir şəkildə qərarın hazırlanması prosesində iştirak etmirlər və qətnamənin mətni ilə razılaşmaq onlardan xahiş edilməyib.
Avropa İttifaqının rəsmi baxışı və mövqeyi Şərq Tərəfdaşlığı sammitinin bəyanatlarında açıq şəkildə ifadə edlib, ən son isə 24 noyabr 2017-ci ildə qəbul edilmiş Brüssel sammitinin bəyanatıdır".
P.Sultanova