Separatçı Saakyan ABŞ-da "Telemarafon"da iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Separatçı Saakyan ABŞ-da "Telemarafon"da iştirak edib

10:04 - 22 / 11 / 2018
Separatçı Saakyan ABŞ-da "Telemarafon"da iştirak edib

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı qurumun lideri Bako Saakyan Los-Ancelesdə "Telemarafon - 2018" çərçivəsində hər il təşkil edilən tədbirdə iştirak edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, tədbirdə  Saakyan çıxış edərək "Hayastan” ümumerməni fondu  vasitəsilə həyata keçirilən işlərə görə təşəkkür edib.

O deyib ki, Amerika erməniləri, xüsusilə, onun Kaliforniya hissəsi ən mütəşəkkil cəmiyyətlərdən biridir.

Xatırladaq ki, hər il "Telemarafon” vasitəsilə yığılan vəsait Dağlıq Qarabağdakı separatçı rejimə yönləndirilir.

P.Sultanova

 

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər