Sevinc Fətəliyeva: “İnsan hüquqlarında uşaq hüquqları hər zaman əsas amil kimi qəbul olunub”

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc xanım Fətəliyevanın təşəbbüsü ilə 18 noyabr “Uşaqlara Qarşı Cinsi Zorakılığa Qarşı Mübarizə” və 20 noyabrın “Uşaq Hüquqları Konvensiyası”nın qəbul olunması günü ilə əlaqədar Suraxanı rayonun Hövsan qəsəbəsində yerləşən 118 saylı orta məktəbdə şagird və müəllimlərlə təlim –görüş keçirilmişdir.
Görüşün əsas məqsədi gələcəyimiz olan uşaqlarımzı baş verən mənfi hallardan qorumaq və qeyd olunan vəziyyətlərlə üzləşməmələri üçün onları maarifləndirməkdən ibarət idi. Görüşdə Suraxan rayon İcra hakimiyyətinin nümayəndəsi Anar Hüseynov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva iştirak etmişdirlər.
Tədbirin təşəbbüskarı deputat Sevinc xanım Fətəliyeva ölkəmizdə uşaq hüquqlarının qorunması, sosial müdafiəsi istiqmətində qəbul edilən sənədlərdən danışraq bu sahədə mükəmməl qanunvericilik bazasının yaradıldığını bildirdi ,eləcə də Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrin mühüm əhəmiyyətini qeyd etdi. Vurğulandı ki, uşaq məsələləri dövlət siyasətinində prioritet təşkil edir. İnsan hüquqlarında uşaq hüquqları hər zaman əsas amil kimi qəbul olunub. Aparılan tədbirlərin, maarifləndirmənin nəticəsi olaraq uşaqlara qarşı törədiən cinayət, zorakılıq halları da getdikcə azalır. Uşaqlara qarşı ədalətin təmin olunması, zorakılğın qarşısının alınması, onların həyat şəraitinin yaxşılaşdırılması istiqmətində keçirilən bu tədbirlərin əsas məqəsdi açıqlandı, internet təhlükəsizliyinin vacibliyindən söhbət açıldı. Çıxışlardan sonra Aysel Hadiyeva uşaqlara internetdən təhlükəsiz istfadə qaydalarını izah etdi.