Ziyafət Əsgərov Astanada beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu gün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.
Qazaxıstanın Bakıdakı səfirliyindən 1news.az-a verilən məlumata görə, birinci vitse -spiker “Astana - qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi” mövzusunda beynəlxalq parlament konfransına iştirak edəcək.
Konfransın gedişində Prezident Nursultan Nazarbayevin Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı, beynəlxalq təhlükəsizliyin təmin edilməsi və regional münaqişələrin həlli, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyinin prioritetlərinin reallaşdırılması kimi beynəlxalq təşəbbüsləri, həmçinin, ölkədə həyata keçirilən siyasi, iqtisadi islahatlar müzakirə ediləcək.
Konfransın işində xarici və yerli parlamentarilər, politoloqlar, ekspertlər iştirak edəcəklər.
Tədbirdə, eyni zamana Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, regional münaqişələrin həlli istiqamətində beynəlxalq təşəbbüslər və digər məsələlər müzakirə olunacaq.
Səfər noyabrın 26-da başa çatacaq.
P.Sultanova