Armen Aşotyan: Paşinyan və onun komandasını böyük sürpriz gözləyir | 1news.az | Xəbərlər
Ermənistan

Armen Aşotyan: Paşinyan və onun komandasını böyük sürpriz gözləyir

16:03 - 26 / 11 / 2018
Armen Aşotyan: Paşinyan və onun komandasını böyük sürpriz gözləyir

Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın Respublika partiyasının seçkilərdə sıfır faiz səs toplayacağı ilə bağlı dediyi sözlər vətəndaşlara qarşı hörmətsizlikdir.

1news.az-ın erməni KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə Respublika partiyasının sədr müavini Armen Aşotyan bildirib:

“Aydındır ki, biz min səs toplayacağıq”.

Onun sözlərinə görə, N.Paşinyan və onun komandasını dekabrın 9-da böyük sürpriz gözləyir.

Qeyd edək ki, Ermənistan Milli Məclisinə seçkilər dekabrın 9-da baş tutacaq. Seçkiqabağı kampaniya isə noyabrın 26-dan dekabrın 7-nə qədər davam edəcək. Seçkilərdə 11 partiya və blok iştirak edəcək.

Paşinyan məzuniyyətə çıxır

Koçaryan həbs oluna bilər

Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
772

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər