Roman Vasilenko: Suriya böhranının nizamlanması üzrə Astana prosesini faydalı hesab edirik | 1news.az | Xəbərlər
Siyasət

Roman Vasilenko: Suriya böhranının nizamlanması üzrə Astana prosesini faydalı hesab edirik

11:23 - 26 / 11 / 2018
Roman Vasilenko: Suriya böhranının nizamlanması üzrə Astana prosesini faydalı hesab edirik

Bir neçə gündən sonra Astanada Suriya üzrə 11-ci görüş keçiriləcək. Biz Suriya böhranının nizamlanması üzrə Astana prosesini faydalı hesab edirik.

1news.az xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko mətbuat konfransında deyib. O bildirib ki, bu proses konkret nəticələrə gətirib. İki il ərzində gərginlik azalıb, 4 deeskalasiya zonası yaradılıb. Heç bir digər platformada Suriya üzrə belə dialoq aparılmayıb.

XİN rəsmisi əlavə edib ki, Astana Suriya prosesi üzrə dövlət başçılarını qəbul etməyə hazırdır. Belə istək olsa, biz ev sahibliyi etməyə hazırıq. Bundan əlavə, ölkənin gələcəyi üçün Konstitusiya komitəsinin yaradılması təklifini də dəstəkləyirik.

P.Sultanova

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər