Şahnazaryan: Seçkilər Ermənistanda daxili siyasi stabilliyi bərpa edə bilməyəcək

Ermənistanda keçiriləcək seçkilərin nəticələri heç nəyi dəyişməyəcək.
1news.az-ın erməni mətbuata istinadla verdiyi xəbərə görə, bunu Ermənistanda keçiriləcək parlament seçkilərində Respublika partiyasından iştirak edən David Şahnazaryan jurnallistlərə açıqlamasında bildirib:
“Seçkilərin nəticəsi olaraq Ermənistanda daxili siyasi stabillik qurulmayacaq. Ən yaxşı halda seçkilərin nəticəsi siyasi mozaikanı nümayiş etdirəcək. Lakin iki-üç ay keçdikdən sonra başqa bir mənzərə yaranacaq”.
Bununla yanaşı, Şahnazaryan bəyan edib ki, Respublika partiyasının seçkilərdə iştirakı mütləqdir, əks halda seçkilərin nəticəsi şübhəli olar.
Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır
Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO
Tərcümə: S.Xankişiyeva