Aşotyan hesab edir ki, Paşinyan siyasi cəsədlərlə əhatələnib | 1news.az | Xəbərlər
Ermənistan

Aşotyan hesab edir ki, Paşinyan siyasi cəsədlərlə əhatələnib

15:22 - 27 / 11 / 2018
Aşotyan hesab edir ki, Paşinyan siyasi cəsədlərlə əhatələnib

Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan Facebook səhifəsində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bəyanatına reaksiya verib.

1news.az-ın erməni mətbuata istinadla verdiyi xəbərə görə, həmçinin Aşotyan bildirib:              

“Cənab Paşinyan sağ olun ki, Respublika partiyasının brendləşməsi ilə məşğulsunuz. Xatırladım ki, siz də indi “Mənim addımım” blokunun təbliğatı ilə məşğulsunuz. Buna görə də özünüz və proqramınız haqqında danışın.

Gəlin vaxtından əvvəl siyasi cəsədlər axtarmayaq. Əgər siz siyasi cəsədlərlə əhatə olunmasaydınız indi sizinlə birlikdə tribunada yalnız Papikyan dayanmazdı. Yolunuz açıq olsun, ehtiyatlı olun, qara və ağdan uzaq olun”.

Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır

Paşinyan məzuniyyətə çıxır

Koçaryan həbs oluna bilər

Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
593

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər