"Paşinyan siyasi mübarizənin bütün mümkün hədlərini aşır" | 1news.az | Xəbərlər
Ermənistan

"Paşinyan siyasi mübarizənin bütün mümkün hədlərini aşır"

10:14 - 28 / 11 / 2018
"Paşinyan siyasi mübarizənin bütün mümkün hədlərini aşır"

Nikol Paşinyanın bəyanatları siyasi mübarizənin bütün mümkün hədlərini aşır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, Paşinyanı açıqlamaları siyasi mübarizənin bütün mümkün hədlərini aşan nifrət sözünün ən canlı təzahürüdür, həmçinin, hümanizmin və əxlaqın bir sıra prinsiplərini pozur:

“Məsələn, hədəf bir qadın olanda. Xüsusən də hamımızın təhlükəsizliyi və rifahı üçün məsul olan yüksək rütbəli bir məmurun- baş nazirin bu cür davranışı siyasi mədəniyyətimizdə görünməmiş haldır.

Bizi artıq baş nazir vəzifəsini icra edən şəxsin inzibati resurslardan sui-istifadəsinə dair əsaslarımız var. Paşinyan rəsmi şəkildə məzuniyyətdə olmasına baxmayaraq, seçilmiş vəzifəli şəxslərə qarşı təhdidlər səsləndirir,  polisi isə məcburi icraata tabe olma təlimatı verir.

Ermənistanın Mərkəzi Seçki Komissiyasını, insan haqları müdafiəçilərini, beynəlxalq müşahidə missiyalarını Paşinyanın çıxışlarına, davranışına və ritorikasına diqqət etməyə çağırırıq”.

P.Sultanova

 

Paylaş:
640

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər