İoannisyan: Paşinyanın blokunun seçki pozuntuları qeydə alınıb

“Mənim adımım" seçki blokundan və "Çiçəklənən Ermənistan" partiyasından bəzi deputatlığa namizədlərin seçki plakatları düzgün yerlərdə quraşdırılmayıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan hökuməti yanında seçki kodeksi islahatları üzrə komissiyanın üzvü Daniel İoannisyan deyib.
Onun sözlərinə görə, xüsusən, "Mənim addımım " blokundan deputatlığa namizəd David Sanasaryan, Hayk Kondjorian və "Çiçəklənən Ermənistan" partiyasından namizədi Artur Dallakyanın posterləri səhv yerlərdə yerləşdirilib.
İoannisyan, həmçinin vurğulayıb ki, Sanasaryanın posterində Ermənistanın gerbi əks olunub ki, bu, seçki kodeksi pozuntusu olmasa da, ölkənin “Gerb haqqında” qanununu pozur.
O, eyni zamanda seçki kampaniyasının hələlik ideoloji sahədə aparılmadığını vurğulayıb: "Dünyadakı vəziyyət bir qədər fərqlidir: namizədlərdən biri deyir ki, əgər mən seçilsəm, belə bir qanun qəbul edəcəyəm, ikincisi, başqa nəsə edəcəyini deyir. Lakin bizdə belə deyil”.
Xatırladaq ki, bu il dekabrın 9-da Ermənistanda erkən parlament seçkiləri keçiriləcək.
P.Sultanova