Sabiq erməni ombudsman: Kobud təşviqat və qara piar aparılır
Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan seçki kampaniyası çərçivəsində təşviqat materiallarının yayılmasına dair heç bir müddətin olmadığına görə Mərkəzi Seçki Komissiyasının mövqeyindən təəccüblənir.
1news.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.
Alaverdiyan deyib: "Birincisi, kampaniya vaxtından əvvəl başlayıb. MSK, əvvəlki illərdən fərqli olaraq, qanunun pozulmadığını hesab etdi. Bu mənim üçün yenilik idi”.
Seçki öncəsi vəziyyəti qiymətləndirən sabiq erməni ombudsman kobud bir kampaniyanın, qara piarın həyata keçirildiyini vurğulayıb:
“Bu, kampaniyanın ilk günündən nəzərə çarpırdı. Mən siyasi qüvvələri konstruktiv məcraya qayıtmağa çağırıram".
P.Sultanova
471