İrəvanda Rusiya və Qərb tərəfdarları arasında toqquşma olub
Uzun illərdən bəri ilk dəfə olaraq noyabrın 29-da Ermənistanın sovetləşdirilməsi günü İrəvanda insdentlərlə müşahidə olunub.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, erməni kommunistləri İrəvan küçələrində işçi və kəndlilərin qırmızı ordusunun düşmüş əsgərlərinin xatirəsini, şərəfini və ləyaqətini bir-birinə vurmaqda müdafiə etməli idi.
Belə ki, bu gün təxminən 50 kommunist ənənəyə uyğun olaraq sovetləşmə gününün 98 illik yubileyini qeyd etməyi qərara alıblar. Onlar üçün bu mühüm hadisə şərəfinə Respublika meydanının yaxınlığındakı Leninin yaxın müttəfiqi ,Bakı Kommunasının sədri olmuş Stepan Şaumyana, eyni zamanda, Qırmızı Ordu əsgərlərinin iki abidəsi önünə gül qoymaq istəyiblər.
Xatirə tədbirləri Ermənistanın Avropaya inteqrasiyası tərəfdarları ilə qarşıdurma şəraitində keçib.
Ermənistanın Avropaya inteqrasiyasının tərəfdarıları şüarlar səsləndirərək, 102-ci Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılmasını tələb ediblər. Şüarlarda həmçinin, Qırmızı Ordunun Ermənistanı "azad yox, işğal etdiyi” səsləndirilib.
Bu, Ermənistan kommunistlərinin qəzəbinə səbəb olub.
Daha sonra Avropaya inteqrasiya tərəfdarları Rusiya səfirliyinin qarşısına gedərək, aksiyanı davam etdiriblər. Onlar səfirliyin əməkdaşlarına “işğalın” növbəti ildönümü ilə bağlı etiraz notası təqdim etməyə çalışıblar, amma heç kim çıxmayıb.
P.Sultanova