Səfir: Şəhidlər sülh içində yaşamağımız üçün həyatlarını qurban veriblər | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Şəhidlər sülh içində yaşamağımız üçün həyatlarını qurban veriblər

13:25 - 30 / 11 / 2018
Səfir: Şəhidlər sülh içində yaşamağımız üçün həyatlarını qurban veriblər

Şəhidlər günü hər ilin 30 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dövlətin daxilində və xaricində vətən qarşısındakı borclarını– bütün sahələrdə istər Daxili İşlər Nazirliyi Silahlı Qüvvələri daxilində, istərsə də diplomatik və yaxud da əskəri borcunu yerinə yetirərkən şəhid olanların xatirəsini anmaq məqsədilə qeyd edilir.

1news.az xəbər verir ki, bunu  Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisi deyib.

Səfir vurğulayıb: "Şəhidlər günü 2015-ci ildə BƏƏ dövlətinin prezidenti Əlahəzrət Şeyx Xəlifə Bin Zayed Al Nahyan tərəfindən verilmiş müvafiq sərəncama əsasən elan edilib.

Şəhidlər günü BƏƏ övladları üçün təkcə şüar deyil, vətən torpağı uğrunda həlak olanlar deməkdir, qurban vermək və şəhid olmaq BƏƏ övladlarına mərhum lilder Şeyx Zayed Al Nahyandan qalan bir irsdir. O, ilk vətən övladlarının müəllimi, dövlətin qurucusudur. Şeyx Zayed şücaət kəliməsini BƏƏ övladlarının qəlblərinə həkk edib.

Birlik üçün müdafiə müqəddəs şərtdir və hərbi xidməti hər bir vətən övladı üçün şərəfdir. Necə ki, əcdadlarımız vətən uğrunda canlarını qurban veriblər, eləcə də biz onların yolu ilə getməliyik.

BƏƏ dövləti və liderləri, həmçinin BƏƏ xalqı vətən üçün və onun ədalət naminə bayrağını yüksəltməyə hər zaman hazırdır. "BƏƏ ordusu dövlət qurmaq  və xalqı müdafiə etmək üçün yaradılıb. Eyni zamanda vətən övladları lazım gəldikdə orduya dəstək üçün hər zaman hazırdır".

Səfir vurğulayıb ki, şəhidlər bizim və gələcək nəsillərimizin sülh içində yaşaması üçün həyatlarını qurban veriblər.

P.Sultanova

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər