Paşinyanla Qarabağ separatçıları arasında yeni qarşıdurma

Ermənistanın baş naziri vəzifəsini icra edən, “Mənim addımım” seçki blokunun lideri Nikol Paşinyan Çambarakdak seçkiqabağı təşviqat kampaniyası zamanı parlament seçkilərinə Dağlıq Qarabağdakı separatçı rejimi müdaxilə etməməyə çağırıb, öz işlərini görmələri lazım olduqlarını deyib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Nikol Paşinyan oğlunun Dağlıq Qarabağda xidmət edən yeganə Ermənistan lideri olduğunu da bəyan edib.
O, Qarabağdakı sepatçı rejimin liderlərinin övladlarının nəinki Qarabağda, ümumiyyətlə orduda xidmət etmədiklərini bildirib.
Qondarma “DQR” “prezidenti”nin “mətbuat katibi” David Babayan Paşinyana cavabında bildirib ki, Bako Saakyanın oğlu orduda xidmət edib, həmçinin “DQR”in keçmiş “prezidenti” Arkadiy Qukasyanın oğlu, ordu komandirinin iki oğlu Qarabağda xidmət edib.
Erməni politoloq Vigen Hakobyan mövzunu şərh edərkən bildirib ki, qarşılıqlı ittihamlar daha da dərinləşib sistemli qarşıdurma halına gəlirsə, bu, olduqca xoşagəlməz nəticələrə səbəb ola bilər, çünki siyasi proseslərə müdaxilə etməməyə dair müəyyən qarşılıqlı razılaşmalar var.
Viqen Hakobyan Qarabağ “rəhbərliyinin” və ya hərbi qulluqçuların reaksiyalarının kəskin olduğunu düşünmür: "Onlar bu məsələyə qarşılıqlı şəkildə cavab verdilər".
Hakobyanın sözlərinə görə, Ermənistandan belə kəskin reaksiya verilməməlidir, xidmətə gəlincə, onların(separatçıların) övladları ordudadır.
P.Sultanova