Karakasın Bakı ilə əməkdaşlıqda prioritet sahələri - Diplomat açıqlayır | 1news.az | Xəbərlər
Müsahibə

Karakasın Bakı ilə əməkdaşlıqda prioritet sahələri - Diplomat açıqlayır

12:28 - 03 / 12 / 2018
Karakasın Bakı ilə əməkdaşlıqda prioritet sahələri - Diplomat açıqlayır

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili  Pedro Argenis Sançes Floresin 1news.az-a müsahibəsi

Cənab Flores, siz Venesuelanın Azərbaycanda fəaliyyət göstərən ilk diplomatısınız. Ölkəmiz barədə təəssüratlarınızı bilmək maraqlı olardı...

- Azərbaycan çox gözəl ölkədir, paytaxt Bakı isə olduqca gözəl şəhərdir. Çox əlverişli infrasturktura malikdir. Şəhərin daha da abadlaşdırılması,  sərmayələrin qoyulması üçün yaxşı imkanlar var. Həm də multikultiralizmə qarşı yüksək səviyyədə hörmət var. Burada bütün dünyadan diplomatik missiyalar da böyük hörmətlə qəbul edilir.

Mən, bir neçə gün əvvəl Lənkəran və Astarada oldum, yüksək qonaqpərvərliklə qarşılandıq.

Olduğumuz bütün məkanlarda xüsusi hörmət və isti münasibət gördük. İlk təəssüratım budur ki, Azərbaycan Avropa ölkəsinə bənzəyir.

- İki ölkə arasında münasibətləri necə qiymətləndirirsiniz və əsas əməkdaşlıq sahələri hansılardır?

- Biz əsasən energetika sahəsində əməkdaşlıq edirik, bir də neftin daimi qiymətinin sabit saxlanılmasında. Həmçinin, neft mübadiləsi etmişik. Venesuela Azərbaycanın adından qonşu olan ölkələrə neft göndərir, eyni zamanda  Azərbaycan da Venesuelanın adından qonşu ölkələrə neft ixrac edir.

Bu ilin aprel ayında  Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratı Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq konfransı çərçivəsində Bakıya səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edildi və görüşdə məhz neft sahəsində əməkdalıq barəsində danışıldı. Biz, həmçinin indi iqtisadi sferanın digər sahələrini öyrənirik. Bu sahə üzrə necə əməkdaşlıq etməklə bağlı qanuni vasitələri nəzərdən keçiririk.

- Neft amilindən başqa diqqətinizi çəkən digər hansı əməkdaşlıq sahələri var?

- Mən kənd təsərrüfatı, səhiyyə, infrastruktur, xüsusilə tikinti sahəsini vurğulamaq istərdim.

- Qeyd edilən sahələr üzrə əməkdaşlıq mövcuddur?

- Bu, sadəcə olaraq gələcəkdə olan planlarımızdır. Çünki səfirlik hələ cəmi 6 aydır fəaliyyət göstərir. Ona görə gələcəkdə bu sahələrdə əməkdaşlığa baxılacaq.

- İki ölkə arasında hökümətlərarası komissiyanın yaradılması gözlənilir?

- Hazırda bu məsələ üzərində iş aparılır. Amma ilk növbədə bizə komissiyanın yaradılmasına dair saziş imzalamaq lazımıdr. İndi saziş layihəsi hazırlanır, bu sənəd imzalandıqdan sonra komissiya yaradıla bilər.

- Bu il sazişin imzalanması mümkündür?

- 2019-cu ildə ümid edirik ki, imzalanma mümkün olacaq. Venesueladan Bakıya rəsmi nümayəndə heyətinin səfəri gözlənilir, bu səfər zamanı keçiriləcək görüşlərdə həmin məsələ müzakirə oluna bilər.

- Bəs Venesuela Azərbaycana başqa nələr təklif edə bilər?

- İlk olaraq Venesuelanın coğrafi mövqeyinə diqqət yetirmək lazımdır. Karib dənizinin sahilləri Venesuelada 915 min 169 kvadrat kilometr təşkil edir. Digər görməli maraqlı yerlərdən biri  Kanaima Milli parkıdır. Bu da öz növbəsində YUNESCO-nun ümumdünya mədəni İrs siyahısına daxil edilib.

Ölkələrimiz arasında turizm, infrastrukturun inkiaşafı ilə bağlı əməkdaşlıq mümkündür. Yəni, Azərbaycan öz məhsullarını sata bilər, şikətlərini aça bilər. Venesuela Latın Amerikasında qızıl  ehtiyatlarına görə birinci yeri tutur. Bu sahədə də əməkdaşlıq təklifi mümkündür.

- Turizm sahəsini qeyd etdiniz. Bu istiqamətdə ölkələrimizin əməkdaşlığını necə görürsünüz?

- Venesuelanın turizmin inkişafı üçün bütün təbii şəraiti, imkanları var. Sadəcə indi ABŞ tərəfindən iqtisadi blokada tətbiq edildiyi üçün ölkə böhran keçirir.  Amma buna baxmayaraq turizmin imkanları genişdir, sərmayə qoymaq üçün əlverişlidir. Çimərliklər, dəniz sahilləri, Karib dənizi və s. Azərbaycan, həmçinin bizim üçün bir nümunə kimi də ola bilər. Yəni turizm sahəsində təcrübəsi ilə.

- Bəs Bakıdakı diplomatik konsulluq tərəfindən vizaların verilməsi nəzərdə tutulub?

- Hazırda Azərbaycan vətəndaşları vizanı Türkiyə və yaxud İrandakı diplomatik korpuslardan əldə edirlər. Bakıda gələn il üçün səfirlik daxilində konsulluğun açılmasını planlaşdırırıq.

Bundan sonra azəbaycanlılar Bakıda viza əldə edə biləcəklər. Ümid edirəm ki, bu, Venesuelaya səfər edənlərin də sayını artıracaq.

- Venesuelanın turizmdən gəlirləri varmı və əsasən turistlər hansı ölkələrdən gəlirlər?

- Turizm sahəsi inkişafdadır, böhrana görə bir qədər durğunluq hiss olunur. Amma dediyim kimi bütün şərait var, dünyadakı məşhur otellər fəaliyyət göstərirlər.

Bu yaxınlarda Venesuelada beynəlxalq turizm festivalı keçrildi, Azərbaycandan da nümayəndə dəvət olunmuşdu, sadəcə vaxta görə gedə bilmədi. Venesuelada turizmin inkişafı Azərbaycan səviyyəsində  deyil, amma inkişaf var.

Ən çox turist isə əsasən Avropa və  Asiya ölkələrindən gəlir.

- Ölkənizin turizm potensialını Azərbaycanda tanıtmaq üçün nə kimi planlar var?

- Azərbaycanda hər il turizm sərgisi keçilir, biz gələn il həmin sərgidə iştirak edib, Venesuela turizmini təqdim etmək istəyiik.

- İki il əvvəl Prezident Nikolas Maduro Azərbaycanda səfərdə oldu. Qarşıda yeni yüksək səviyyəli səfərlər gözlənilir?

- Prezident Maduronun gələn il Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı gözlənilir.

- OPEC çərçivəsində Azərbaycan-Venesuela əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Venesuela OPEC-in əsasını qoyan və onun üzvü olan dövlətlərdən biridir. Quruma üzv olan və üzv olmayan ölkələr arasında neftin qiymətinin tənzimlənməsi barədə çox uğurlu bir saziş imzalanmışdır. Əgər neft istehsal edən ölkələr bu sazişi imzalamaqla bağlı razılığa gələ bildilərsə, gələcəkdə də başqa saziş imzalaya biləcəklərini demək mümkündür.

- İqtisadi blokadanı nəzərə alsaq, hazırda Venesualda vəziyyət necədir?

- İqtisadi blokada bizi çox çətin vəziyyətə salıb. Bu, hətta insan hüquqlarına dair beynəlxalq normaların pozulması deməkdir. Amma bizim xalq buna dözür. İndi yavaş- yavaş vəziyyət yaxşılaşır. Çünki Rusiya və Çinin şirkətləri ölkəmizə sərmayə qoyub. Bu sərmayə yalnız neft sahəsinə deyil, turizmə, eyni zamanda mineral sərvətlərin əldə olunmasına yatırılıb.

- Azərbaycanlı iş adamlarının Venesuelada sərmayə qoyması imkanları nəzərədən keçirilir?

- Azərbaycandan sərmayə qoymaq  istəyən çox şirkətlər var. Sadəcə olaraq ilk növbədə qeyd etdiyim ikitərəfli sazişi imzalamalıyıq.

- Təhsil sahəsində əlaqələr barədə nə deyə bilərsiniz? Qarşılıqlı tələbə mübadiləsi mümkündür?

- Mərhum Prezident Uqo Çaves və hazırkı Prezident Nikolas Maduro təhsil sisteminə çox böyük diqqət ayırıblar. Onlardan əvvəl məsələn, universitetlərin çoxu özəl idi və insanlar daxil ola bilmirdilər. İndi isə vəziyyət yaxşılaşıb. Latın Amerikasında ən yaxşı təhsil sistemindən biri məhz Venesueladadır.

Ölkələrimiz arasında tələbə mübadiləsi ola bilər, xüsusilə də diplomatik sahədə. Çünki Azərbaycanda, həm bizdə diplomatik sahə üzrə ali təhsil müəssisəi fəaliyyət göstərir. 

- Müsahibə üçün təşəkkür edirik.

- Çox sağ olun. Mən müsahibəmi Venesuela Prezidenti adından Azərbaycan hökumətinə və xalqına salamlar çatdırmaqla bitirmək istəyirəm. Ümid edirəm ki, ölkələrimiz arasında qardaşlıq  və dostluq əlaqələri qurulacaq və yüksək səviyyəyə çatacaq.

Pərvanə Sultanova

 

 

Paylaş:
1292

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər