Bakıda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçirilir

13:07 - 03 / 12 / 2018
Bakıda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçirilir

Dekabrın 3-də “Neft və geoekologiya” mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, I beynəlxalq məktəb-seminar Prezident yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş dördüncü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) qalibi olan AMEA Neft və Qaz İnstitutunun “Neft və geoekologiya” layihəsi çərçivəsində keçirilir.

Beynəlxalq tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, Almaniya, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislər iştirak edir.

Tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, elmin inkişafına diqqət, gənc tədqiqatçıların və tələbələrin elmi işlərinin dəstəklənməsi Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindəndir. Tədbirdə 7 ölkədən gənc alimlərin iştirak etdiyini deyən icraçı direktor beynəlxalq məktəb-seminarın elmi və multikultural əlaqələrin inkişafına töhfə verəcəyini deyib. Onun sözlərinə görə, bu, beynəlxalq məktəb-seminarın davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva, “BP-Azerbaijan” şirkətinin nümayəndəsi Arzu Cavadova və digərləri çıxış ediblər.

Tədbir plenar sessiyalarla davam edir.

Qeyd edək ki, tədbir çərçivəsində çöl-tədqiqat işlərinin aparılması da nəzərdə tutulur. Beynəlxalq məktəb-seminar dekabrın 5-dək davam edəcək.

1news.az

Paylaş:
480

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər