Çavuşoğlu Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gələn həftə Azərbaycana səfər edəcək.
1news.az-ın əldə etdiyi məlumata görə, Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
İclas dekabrın 14-də keçiriləcək.
Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib.
P.Sultanova
868