Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanılıb

10:48 - 05 / 12 / 2018
Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanılıb

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.

S.Xankişiyeva

 

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər