Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə hansı nəticələr gözlənilir? – SORĞU
Ermənistanda aparılan son sorğulara əsasən, parlament seçkilərində 75,7% seçici iştirak edəcək.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında “GALLUP International association” ASC-nin erməni nümayəndəliyinin direktoru Aram Navasardyan 1-4 dekabrda keçirilmiş sorğunun nəticələrini açıqlayarkən bildirib.
“Seçkilərdə iştirak edəcək 69,4% seçici “Mənim addımım” blokuna, 3.8%-i “Parlaq Ermənistan”a səs verəcək”.
Onun sözlərinə görə, “Sasna çrer” partiyasına 1.4%, “Biz” blokuna 0.8%, “Orinas Yerkir” partiyasına 0.4%, “Vətəndaşın qərarı” 0.3%, “Milli proqress” partiyasına 0.1%, “Dirçəliş” partiyasına heç kəs səs verməyəcək.
Sorğu vətəndaşlarla üzbəüz aparılıb və 1100 nəfəri əhatə edib. Sorğu kvotalar üzrə çoxpilləli, Ermənistanın bütün ərazi bölmələrində isə hissəli şəkildə aparılıb.
Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO
Tərcümə: S.Xankişiyeva