Paşinyanın bəyanatı komandada gərginlik yaradıb | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın bəyanatı komandada gərginlik yaradıb

11:47 - 07 / 12 / 2018
Paşinyanın bəyanatı komandada gərginlik yaradıb

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın gələcək hökumətdəki təyinatların onların seçkilərdə  aldıqları səs sayına görə həyata keçiriləcəyinə dair açıqlaması komandada gərginlik yaradıb.

1news.az “Jamanak” nəşrinə istinadla xəbər verir ki, Paşinyan bu barədə Yerevanda “Mənim addımım” seçki blokunun namizədləri ilə görüşdə deyib.

“Bu, öz növbəsində komanda daxilində gərginlik yaradıb, çünki bəzi namizədlər nazirlər və digər yüksək vəzifəli şəxslərdir. Gərginlik hətta o qədər kəskinləşib ki, bəzi namizədlər səs toplamaq üçün regional hakimiyyət orqanlarına müraciət edərək, mövqelərinin möhkəmləndirilməsi üçün qarşılıqlı xidmətlər göstərməyi təklif edirlər", deyə nəşr yazıb.

P.Sultanova

 

Paylaş:
712

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər