Qurban Qurbanov Azərbaycan milli komandası ilə yollarını ayırıb
Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandası ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Q.Qurbanov bildirib ki, aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri də istefaya gedəcək. Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam.
“Yaxşı baş məşqçilərimiz var. Bu posta kimin təyin olunmasına ən yaxşı qərarı AFFA verəcək. Milli ilə vidalaşacağam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olunub. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm”, - deyə Q.Qurbanov əlavə edib.