Stepan Danielyan: Bu müvəqqəti, böhranlı parlament olacaq | 1news.az | Xəbərlər
Ermənistan

Stepan Danielyan: Bu müvəqqəti, böhranlı parlament olacaq

16:38 - 10 / 12 / 2018
Stepan Danielyan: Bu müvəqqəti, böhranlı parlament olacaq

Politoloq Stepan Danielyan hesab edir ki, erkən seçkilərdən sonra Ermənistanda müvəqqəti böhranlı parlament yaradılacaq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, politoloq hələ seçkilərdən bir neçə həftə əvvəl bəzi ekspertləri  əsasən yalnız bir sual maraqlandırırd - seçicilərin səs faizi nə qədər təşkil edəcək.

“Niyə? Siyasi sistem dağıdılıb və insanlar “Vətəndaş razılaşması” (Nikol Paşinyan rəhbərlik etdiyi partiya) daxil olmaqla, partiyalara inanmırlar. İnsanların əksəriyyəti  səsverməyə getməyəcəklər, gedənlər isə Nikol Paşinyana səs verəcəklər”.

Politoloq əlavə edib ki, əgər Paşinyanın  reytinqi düşsə, onun  siyahısı üzrə yığılan parlament mənasız olacaq: “Faktiki olaraq parlamentin seçilməsi fərdi seçki halına gəldi və bu, bu seçkilərin əsas hadisəsidir. Bu müvəqqəti, böhran parlamenti olacaq. Seçkilər baharda təşkil olunmalı idi, indi onu keçirmək böyük səhv idi ".

P.Sultanova

 

Paylaş:
652

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər