Ermənistanın yeni parlamentində ciddi siyasi mübarizənin baş verəcəyini söyləmək çətindir

Ermənistanın yeni parlamentində ciddi siyasi mübarizənin baş verəcəyini söyləmək çətindir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan bildirib.
"Mən parlamentdə müxalifətin olmaması fikirləri ilə razı deyiləm. Məgər başqa yerdə müxalifət var? Parlamentdə müxalifətinin olmasını üçün onların ümumi siyasət meydanında olması da lazımdır. Biz də bu yoxdur və Respublika Partiyasının güclü müxalifətə çevriləcəyi iddiaları əsassızdır", - Navasardyan deyib.
O, Respublika Partiyasının onu parlamentə apara biləcək ciddi sosial dəstəyə malik olmadığını vurğulayıb:
"Yeni bir sifarişçi tapmaq lazımdır. Onların ciddi şəkildə siyasi meydana dönmələri üçün adamları, müəyyən bir resursları və şansları var. Bu seçkilərdə baryeri aşa bilməmələri də normaldır".
P.Sultanova