Paşinyan Ankara ilə əlaqələr qurmağa hazırdır, amma...

Ermənistan ilkin şərt olmadan Türkiyə ilə birbaşa diplomatik əlaqələr qurmağa hazırdır.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
O bildirib ki, Türkiyənin də eyni mövqeni tutacağına ümid edir.
Paşinyan əlavə edib ki, ilkin şərt deyəndə Dağlıq Qarabağ məsələsini nəzərdə tutur:
“Türkiyə ilə əlaqələr Dağlıq Qarabağla bağlıdır, üçüncü ölkə ilə. Mən Azərbaycanı nəzərdə tuturam".
P.Sultanova
527