Koçaryan: Real müxalifət Paşinyanın partiyasının daxilində doğulacaq

Ermənistanın gələcək parlamentində müxalifət olmayacağına dair bəyanatlar səhvdir. Əsl müxalifət Nikol Paşinyanın "Vətəndaş razılaşması” partiyasının daxilində yaranacaq.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu politoloq Karen Koçaryan bildirib.
Onun fikrincə, parlamentdən kənar müxalifət daha radikal olacaq: “Çox güman ki, bu yeri Ermənistan Respublika Partiyası tutacaq. Bəzi məsələlərdə Daşnaksütyun partiyası sərt mövqedə qalacaq. Bundan əlavə, yeni yaradılmış Sasna Tsrer müxalifət istiqamətində bəzi addımlar atmağa çalışacaq”.
Koçaryan əlavə edib ki, "Vətəndaş razılaşması” partiyasının toplantısından gələn məlumatlara görə hökumətdə yeni kadrlar olacaq:
"Bu, partiyanın daxilində “qısqanclıq səhnələrinə" gətirib çıxaracaqdır. İnsanlar həmişə öz ambisiyalarını məhdudlaşdıra bilmirlər və bu hər yerdə baş verir. Beləliklə, real müxalifət yalnız "Vətəndaş razılaşmasının” içərisində doğulacaq”.
P.Sultanova