Məhkəmə Kazaryanın müraciətini rədd edib | 1news.az | Xəbərlər
Ermənistan

Məhkəmə Kazaryanın müraciətini rədd edib

16:26 - 12 / 12 / 2018
Məhkəmə Kazaryanın müraciətini rədd edib

İrəvan məhkəməsi dövlət mühafizə xidməti rəisinin sabiq birinci müavini, eks-prezident Serj Sarkisyanın mühafizə şöbəsinin rəhbəri Vaçaqan Kazaryanın girov müqabilində azad edilməsinə dair müraciətini rədd edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə vəkil Armen Harutyunyan məlumat verib.

Bu gün məhkəmə V. Kazaryanın həbsinin uzadılması məsələsinə baxacaq.

Xatırladaq ki, Kazaryan çirkli pulların yuyulması, qanunsuz gəlirlər əldə etməkdə ittiham olunur.

P.Sultanova

 

Paylaş:
683

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər