Erməni iş adamları olan qardaşlar barəsində axtarış elan edilib

Erməni mənşəli rusiyalı iş adamları Sergey və Nikolay Sarkisovlar barəsində axtarış elan edilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar böyük miqyasda fırıldaqçılıqda şübhəli bilinirlər.
Ukraynanın milli polisi onları fırıldaqçılıqda ittiham edərək axtarışa verib.
Məlumata görə, Sarkisovlar cari ilin 24 sentyabrından Ukraynanın məhkəmə istintaq orqanlarından gizlənirlər.
Rusiya vətəndaşı 59 yaşlı Sergey Sarkisov sahibkar, kini prodüsseri və rejissoru, RECO sığorta şirkətinin əsas sahiblərindən biri və direktorlar şurasının sədri, Rusiya Sığortaçılar Birliyinin vitse-prezidentidir.
2007-ci ildə o şirkətin səhmlərinin 33 faizini Fransanın AXA sığorta qrupuna satıb.
Onun kiçik qardaşı, 50 yaşlı Nikolay Sarkisov da RECO-nun rəhbərlərindən biridir.
P.Sultanova