Mnatsakanyan Brüsseldə necə pərt olub? | 1news.az | Xəbərlər
Ermənistan

Mnatsakanyan Brüsseldə necə pərt olub?

11:42 - 12 / 12 / 2018
Mnatsakanyan Brüsseldə necə pərt olub?

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın NATO-nun baş katibi və ABŞ dövlət katibi ilə görüşmək cəhdləri uğursuzluqla nəticələnib.

1news.az xəbər verir ki,  bu barədə “Hraparak” nəşri yazıb və bunu Ermənistanın “parlaq” xarici siyasəti kimi xarakterizə edib.

“Ermənistanın “parlaq” xarici siyasəti davam edir. Xarici İşlər Nazirliyinin saytı Mnatsakanyanın yüksək səviyyədə görüşləri barədə məlumat verdi, amma onun baş tutmayan görüşləri barədə susur.

Məsələn, məlumat var ki, 4 dekabrda NATO qərargahında Mnatsakanyan baş katib Yens Stoltenberqlə görüş üçün hər şey etsə də, buna nail olmayıb, nəticədə alyansın baş katibinin müavini Rouz Qetemyullerlə görüşməklə kifayətlənib. 

Və ya saytda xəbərlər var ki, dekabrın 6-da Milanda keçirilmiş 25-ci ATƏT Nazirlər konfransı çərçivəsində Zöhrab Mnatsakanyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Aaron Vesslə görüşüb. Ancaq onun 4 dekabrda Brüsseldə ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün bütün cəhdləri göstərməsinə baxmayaraq, ABŞ-lı rəsmi tərəfindən də qəbul edilməyib”.

P.Sultanova

 

 

Paylaş:
741

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər