Kafedə müştərinin qətli videokameralara düşdü – VİDEO
Moskvanın cənub-şərqində yerləşən Lenin prospektindəki "Cənnət süfrəsi" kafesində üzərində odlu silah yarası olan kişi meyiti aşkar edilib.
1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, o, hazırda Rusiya paytaxtında "Yaxalama" planı çərçivəsində axtarılan naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Silahlı insident Moskva vaxtı ilə təqribən 22:30-da baş verib. Hadisənin təfərrüatları məlum deyil. Ehtimal ki, atışma qəfil baş verən münaqişə zəminində olub.
1news.az
571