Respublikaçılar narazıdır: Sarkisyanın əvəzlənməsi müzakirə olunur | 1news.az | Xəbərlər
Ermənistan

Respublikaçılar narazıdır: Sarkisyanın əvəzlənməsi müzakirə olunur

12:12 - 12 / 12 / 2018
Respublikaçılar narazıdır: Sarkisyanın əvəzlənməsi müzakirə olunur

Ermənistanda keçirilən erkən parlament seçkiləri Respublika Partiyasının daxilində fikir ayrılıqları yaradıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, problem yalnız partiyanın parlamentdən kənarda qalmasında deyil. Seçkilərin nəticələrinin qəbul edilib-edilməyəcəyinə dair, həmçinin Serj Sarkisyanın bəzi hərəkətlərinə görə ciddi fikir ayrılığı yaranıb.

Respublikaçıların bəziləri seçkilərin nəticələrinə etiraz etməkdə israrlıdırlar. Amma əksəriyyət ictimai əhval-ruhiyyəni, eyni zamanda inandırıcı faktlar təqdim etməyin çətinliyini nəzərə alaraq, vəziyyəti gərginləşdirməyi məqsədəuyğun hesab etmirlər.

"Digər tərəfdən, bəzi respublikaçılar Sarkisyanın baş nazir vəzifəsindən getməklə, həmçinin David Şahnazaryanı və Artaşes Qeqamyanı seçki siyahısına salmaqla partiyanı dağıtdığını hesab edirlər”.

Yaxın vaxtlarda partiya liderinin dəyişdirilməsi məsələsinin gündəmdə ola biləcəyi də istisna edilmir.

Serj Sarkisyan 2007-ci ildən etibarən Ermənistan Respublika Partiyasına rəhbərlik edib. O, vəfat etmiş Andranik Markaryanı əvəz edib.

P.Sultanova

Paylaş:
706

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər