Paşinyan ordu üçün pul axtarışındadır | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan ordu üçün pul axtarışındadır

13:42 - 13 / 12 / 2018
Paşinyan ordu üçün pul axtarışındadır

Ermənistan silahlı qüvvələrinin inkişafı üçün qarşıdakı beş il ərzində hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmalıyıq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən  Nikol Paşinyan hökumətin iclasında deyib.

Bu maliyyənin haradan cəlb ediləcəyinə gəlincə, o bildirib ki, həmin vəsaiti tapmaq üçün çox ciddi işləmək lazımdır.

Onun sözlərinə görə, bu vəsaitlərin bir hissəsi silahlı qüvvələrin döyüş hazırlığının artırılması baxımından çox mühüm olan hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir.

Paşinyan deyib ki, hərbi-sənaye kompleksinin inkişafı da digər vacib vəzifə olmalıdır: “Biz bu sahədə ciddi inkişafa nail olmalıyıq. Bu problemin həlli Ermənistanın texnoloji bir ölkəyə çevrilməsi, eləcə də mühəndislik və texniki elmin inkişafı ilə bağlıdır. Bu, şübhəsiz ki, gələcək üçün ən mühüm vəzifələrdən biridir".

P.Sultanova

 

Paylaş:
778

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər