Türkiyədə qatar qəzasında ölənlərin sayı artıb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə qatar qəzasında ölənlərin sayı artıb – FOTO – VİDEO – YENİLƏNİB

11:38 - 13 / 12 / 2018
Türkiyədə qatar qəzasında ölənlərin sayı artıb – FOTO – VİDEO – YENİLƏNİB

Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.

1news.az-ın Milliyet-ə istinadla verdiyi xəbərə görə, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.

Qatarda ümumilikdə 206 sərnişin olub.

Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.

09:27

Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.

1news.az xəbər verir ki,  qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.

Qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfərə yaxın sərnişin yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

1news.az

 

Paylaş:
904

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər