ABŞ-ın Ermənistandakı səfirliyindən vətəndaşlarına xəbərdarlıq

ABŞ-ın Ermənistandakı səfirliyi yeni il bayramı günlərində cinayətlərin sayının ənənəvi artması səbəbindən vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bəyanatda tətillər zamanı daha çox oğurluq hadisəsinin qeydə alındığı, mənzillərə hücum edildiyi vurğulanıb.
"Bayram günlərində, həmçinin bütün Avropada ekstremist ideologiyadan ruhlanan transmilli terror təşkilatları və fərdlərdən daim bir təhlükə var. Ekstremistlər qərb sakinlərinin tez-tez ziyarət etdikləri alış-veriş mərkəzləri, hava limanları, klublar, restoranlar, ibadət yerləri, nəqliyyat mərkəzləri və digər nöqtələrə konsentrasiya etməkdə davam edirlər”, açıqlamada deyilir.
Amerika Erməni Milli Komitəsi (ANCA) isə bu xəbərdarlığı təəccüblə qarşladığını və bunun başadüşülən olmadığını bəyan edib.
P.Sultanova