Rusiyalı politoloq: Putin üçün Paşinyan Cənubi Qafqaz üzrə bütün vacib kartları qarışıq salmış biridir
1news.az-ın rusiyalı politoloq, “Şimal-Cənub” Siyasi Mərkəzinin aparıcı eksperti Aleksandr Karayevlə müsahibəsi:
- Ermənistanda növbədənkənar parlament seçkilərində vətəndaşların aşağı səviyyəsi (48,63%) respublikada vətəndaşların azlığının göstəricisidir.
- Biz bunun az göstərici olduğunu söyləyə bilmərik. Ola bilsin ki, bu, son illərin real göstəricisidir. Həqiqətən, Paşinyanın əsas tərəfdarları arasında səslərin hesablanması ilə heç bir manipulyasiya etməmək vədi verilmişdi, buna görə də Ermənistanda hazırda olan sayda seçicilər hesablanıb. Onların sayı çox da ola bilərdi. Ermənistanda son illər vətəndaşların ölkəni tərk etməsilə bağlı xəbərlər yeni deyil.
Keçmiş hakim partiya – Respublika partiyası tamamilə mübarizəni dayandırıb. Deməli bu partiyaya səs vermək istəyən vətəndaşlar seçkilərə getməyib. Düşünmürəm ki, əgər onlar seçki məntəqlərinə gəlsəydi, Respublika partiyası öz mövqeyini gücləndirə bilərdi. Partiya Parlamentin tərkibinə sadəcə üç-dörd nəfərlə düşə bilərdi.
- Nəticələrin sevinci bitdi, bundan sonra nə olacaq? Nikol Paşinyan vəd etdiyi bütün sözləri yerinə yetirə biləcəkmi?
- Əlbəttə ki, vəd etdiyi sözlərin bir qismini yerinə yetirəcək. Bir çoxları onu Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətdə olduğu ilk illərlə, həyata keçirdiyi islahatlarla müqayisə edir. Siyasi fəaliyyətin gələcək nəticələri – digər məsələdir. Çox güman ki, Paşinyan dövlət qulluğunun idarə edilməsi, büdcə xərcləirini azaldılması və ya gələcəkdə effektiv şəkildə istifadəsi sahəsində hansısa islahatlar edə biləcək. Lakin əvvəlki korrupsiya sxemləri yeniləri ilə əvəzlənəcək.
Vəd etdiyi bütün sözlərə əməl etməyi o bacarmayacaq, sadəcə bir qismi, nazirlərin ixtisara salınmasını da həyata keçirəcək. Hüquq-mühafizə orqanları, polis, vergi idarələri, yerlərdə vətəndaşlarla sıx təmasda olan xidmətlər də ciddi manipulyasiya ediləcək. Bununla paralel olaraq siyasi mübarizə də aparılacaq.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin nizamlanması istiqamətində Nikol Paşinyandan konstruktiv yanaşma gözləmək olarmı?
- Məsələ burasındadır ki, biz çətin proqnozlaşdırılmış siyasətçi, vətəndaşlara çox söz verən populist ilə i. görürük. Qarabağ münaqişəsi – Ermənistanın dünyadakı vəziyyətilə bağlı bir elementdir. Hazırki fasilə bir çox şeyləri vəd edir.
Dolayı işarələrlə Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə bir sıra izahat verdi, belə ki, Peşinyan daxili siyasi vəziyyətin sakitləşməsi üçün vaxt istədi və bundan sonra Bakı ilə daha konstruktiv danışıqlar başlanacağını bildirib.
- Paşinyan Moskva ilə münasibətlər quracaqmı?
- Ən çətini – Paşinyanın Moskva ilə münasibətlər qurmasıdır. Putin üçün Paşinyan Cənubi Qafqaz üzrə bütün vacib kartları qarışıq salmış biridir.
Moskva ümumilikdə KTMT üzrə, Ermənistanda bir çox birgə müəssisələrdə antikorrupsiya işləri ilə bağlı barışıb. Moskva bilir ki, Rusiya-Ermənistan münasibətində bütün konstruksiyalar saxlanılmalıdır. Lakin Paşinyan Putin üçün Nazarbayev, Əliyev kimi liderlər olan dairəyə daxil deyil.
O tamamilə başqa insandır, buna görə də Moskvanın Paşinyanla necə rəftar etməsi aydın deyil. Bir məqamı da diqqətinizə çatdırım ki, yaxın zamanlarda Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik etdi. Bu vacib siqnal idi.
Görünür Moskva qarışmamaq taktikasına söykənir. Lakin bu, Moskvanın Ermənistandakı vəziyyəti qəbul etməsi deyil. Sadəcə münasibətlərdə fasilə yaranıb.
Fasilənin sona çatması isə ölkələr arasında iqtisadi əlaqələrlə bağlı hansısa hərəkətlə bilinəcək. Əgər Rusiya Ermənistan üçün yeni kreditlər ayıracaqsa, bu, fasilənin sonu deməkdir. Hələ ki, belə bir məqam yoxdur.
Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır
Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO
Tərcümə: S.Xankişiyeva