Putin Paşinyanı təbrik etməməlidir, bu, onun səviyyəsi deyil - Moskvadadan açıqlama
Rusiya Federasiyasının prezidenti Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etməməlidir. Bu, Rusiya prezidenti Vladimir Putinin səviyyəsi deyil.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Rusiyanın dövlət müşaviri, “Regnum” agentliyinin rəhbəri Modest Kolerov deyib.
Onun sözlərinə görə, baş nazir Dmitri Medvedev və Dövlət Duması sədri ı Vyaçeslav Volodin bu məsələlərə cavabdehdir: “Gəlin, bir az gözləyək, düşünürəm ki, həftənin sonuna qədər hələ də vaxt var, amma bu fasilə davam edərsə, onda səbəblər haqqında daha ətraflı söhbət edəcəyik".
Rusiya tərəfinin parlament seçkilərində qələbə qazanmış hakim qüvvəni təbrik etməyə niyə tələsməməsinə gəlincə, Kolerov deyib ki, bu gecikmənin müxtəlif səbəbləri ola bilər.
Daha əvvəl prezident Putinin parlament seçkilərində partiyası qələbə çalmış sabiq prezident Serj Sarkisyanı təbrik etməsinə gəlincə, Kolerov təsdiqləyib ki, indi vəziyyətin mürəkkəbləşməsinin səbəbləri var.
Ekspertin fikrincə, mövcud vəziyyət Ermənistanın ikinci prezidenti Robert Koçaryanın saxlanılması ilə bağlı olmalıdır.
Alman politoloq Aleksandr Raranın fikrincə isə bu, erməni-rus münasibətlərinin vəziyyətində müstəsna bir haldır, amma praktikada təbriklər gecikdirilə bilər:
“Lakin əgər təbriklərin ənənəvi səviyyəsi və vaxtı dəyişirsə, bu, əlaqələrdə etibarsızlıq problemi olduğuna dair bir siqnaldır. Bu, problem olmasına dair bir mesajdır. Təbrik olsa belə, Rusiya tərəfi artıq öz mesajını çatdırıb, və Ermənistan hakimiyyəti artıq nə baş verdiyini bilir”.
P.Sultanova