Sarkisyan: Xoşagəlməzdir, amma Lukaşenko haqlıdır
Bu, xoşagəlməz və yersizdir, ancaq Lukaşenko haqlıdır”.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Respublika partiyası siyasi şurasının sədri Aram Sarkisyan bildirib.
"Lukaşenko haqlıdır, əgər KTMT-də nəsə söyləyəcəyiksə, onda bizim sözümüz ilk növbədə strateji tərəfdaşımıza, Ermənistanın əsas müttəfiqinə, Azərbaycana bir nömrəli silah satıcısına, yəni Rusiyaya istiqamətlənməlidir.
Amma mənim fikrimcə, danışmaq mənasızdır: biz sadəcə olaraq səssiz, addım-addım NATO ilə əməkdaşlığımızı daha da aktivləşdirməliyik, belə olan hlada bizə qarşı olan davranış mütləq şəkildə dəyişəcəkdir. Əminəm ki, bizə Rusiyaya nə qədər lazımdırsa, Moskvanın bizə iki dəfə artıq ehtiyacı var, əks halda onların sərhədləri Krasnodar ərazisindən keçəcək ", Sarkisyan deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərlə Minskdə görüşü zamanı MDB sammitində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan Azərbaycana silah satışına görə tənqidlər almasından danışıb.
"Mən ona dedim k, Nikol, gəl buna nöqtə qoyaq. Azərbaycana silah satışında ilk yerdə kimdir? Kimdir? Rusiya ... Mən ona dedim ki, niyə dilini gizlədirsən. Ona deyin, Vladimir Vladimiroviçi tənqid etsin... Aaa, qorxursunuz? İkinci yerdə isə İsrail, üçüncüsü Türkiyədir, “Polenez”i nəzərə alsaq, dördüncü və ya beşinci yerdə Belarusdur. “Polenez” olmasa, biz onuncu olacağıq. Bəs niyə Belarusa hücum edirsiniz?", deyən Lukaşenko, onu anti-Ermənistan siyasətçi kimi təqdim etmək cəhdlərinə baxmayaraq, ermənilərin Belarusda Ermənistandan daha yaxşı yaşadıqlarını vurğulayıb.
P.Sultanova