Səfir Moskvanın Paşinyanı təbrik etməməsi barədə

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin rəsmi Moskvanın Nikol Paşinyanı təbrik etməməsinə münasibət bildirib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, diplomat belə təbrikləri qəbul etməyən dövlətlərarası protokolların olduğunu deyib.
Səfirin sözlərinə görə, təbriklər yalnız təyinat olunduqdan sonra göndərilir: "Biz hakimiyyət strukturlarının formalaşması cədvəlini izləyirik, bununla bağlı məsələ heç bir sual doğurmur”.
Onun sözlərinə görə, vəziyyətin mahiyyəti Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində ifadə olunub. O bildirib ki, Rusiya Ermənistanla konstruktiv dialoqa və ikitərəfli münasibətlərin inkişafına hazırdır.
"Biz ən aktiv şəkildə əməkdaşlıqda, qarşılıqlı etimad və anlaşmanın inkişaf etdirilməsində, praktik məsələlərin birgə həllində maraqlıyıq”, diplomat əlavə edib.
P.Sultanova