Qanunsuz ov etdiyinə görə, hər ay “Bambi” cizgi filminə baxacaq | 1news.az | Xəbərlər
Dünya

Qanunsuz ov etdiyinə görə, hər ay “Bambi” cizgi filminə baxacaq

16:40 - 18 / 12 / 2018
Qanunsuz ov etdiyinə görə, hər ay “Bambi” cizgi filminə baxacaq

ABŞ-da Missuri ştatında qanunsuz ovçuluq fəaliyyətinə görə həbs olunan şəxsə qeyri-qadi cəza verilib.

Avqust ayında tutulan Devid Berri Cr. 1 il müddətinə azadlıqdan məhrum edilib. Maraqlısı isə budur o, həbsdə olduğu müddətdə hər ay "Disney"in klassik cizgi filmlərindən olan "Bambi"ni izləyəcək.

Cizgi filmi anası ovçular tərəfindən öldürülmüş "Bambi" adlı ceyran balasının həyatından bəhs edir.

Berri həmçinin qanunsuz olaraq yüzlərlə ceyran ovladığı üçün ovçuluq lisenziyasından da ömürlük məhrum edilib.

S.Xankişiyeva

 

 

Paylaş:
2199

Son xəbərlər

Bütün xəbərlər