Paşinyan Lukaşenkonun bəyanatı barədə | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan Lukaşenkonun bəyanatı barədə

09:59 - 20 / 12 / 2018
Paşinyan Lukaşenkonun bəyanatı barədə

Belarus prezidenti Aleksandr Lukaşenko yalnız öz dediklərini təqdim edib, mənim cavabım barədə danışmayıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini  icra edən Nikol Paşinyan deyib.

"Məndən söhbətin detallarını açıqlamağı xahiş edən zaman dedim ki, qapalı görüş barədə detalları təqdim etməyi doğru hesab etmirəm. İndi də bu söhbətin tərəfimdən davam etdirilməsinə ehtiyac görmürəm".

Paşinyanın Rusiyanı prezidentini tənqid etmək üçün cəsarətinin olmamasına dair Lukaşenkonun ittihamına gəlincə, erməni baş nazir deyib ki, mətbuat katibi Rusiya rəhbəri ilə təmaslarda bu məsələnin mütəmadi olaraq qaldırdığını açıqlayıb:

"Sizi əmin edirəm ki, Lukaşenko tərəfindən səsləndirilən bütün məsələlərə yerindəcə dəqiq, konkret cavablar verilib. Düzünə qalsa, məndə Belarus prezidentinin cavablarımdan məmnun qaldığı təəssüratı yarandı. Və sonra nə baş verib, bilmirəm".

Qeyd edək ki, MDB sammitində A.Lukaşenko Azərbaycana silah satışı ilə bağlı İrəvanın Minskin ünvanına səsləndirdiyi tənqidlərə cavab verib. O, bununla bağlı Nikol Paşinyanla söhbətinin təfərrüatlarını açıqlayıb:

"İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında ona (Paşinyan - red.) dedim: "Nikol, gəl məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında ilk yeri hansı ölkə tutur? Rusiya. Hə, nə oldu, dilini uddun? Buyur, Vladimir Vladimiroviçi tənqid elə. Hə, nədir, qorxursan? Bu siyahıda Belarus - "Polonez"ləri nəzərə almaqla - 4 və ya 5-ci yeri tutur. "Polonez"lər yoxdursa, 10-cu olacağıq. Mənə hücum edirsən ki, başqaları anlasın? Sən de, mən susacağam". Söhbət belə oldu. Mən nədə haqsızam? İndi mən antierməni sayılıram? Bizdə ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda".

 

P.Sultanova

 

Paylaş:
660

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər